İranda ötən sutka koronavirusdan 127 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 127 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 84 516 nəfərə yüksəlib.

Ötən 24 saat ərzində 13 836 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 232 696 nəfərə çatıb. Virus daşıyıcılarından 3 196 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə koronavirusa qarşı təxminən 6,2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,44 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1,75 min təşkil edir.