Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 115 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 83 588 nəfərə yüksəlib.
Ötən 24 saat ərzində 10 820 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 150 949 nəfərə çatıb. Virus daşıyıcılarından 3 219 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 809 595 nəfər koronavirusdan sağalıb, 23 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə ölkədə təxminən 5,54 milyon vaksin vurulub.