Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 72 875 nəfərə yüksəlib.
Ötən sutka ərzində 20 732 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 555 587 nəfərə çatıb. Virus daşıyıcılarından 5 461 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 2 004 949 nəfər koronavirusdan sağalıb, 16,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 1,25 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,03 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 225 min təşkil edir.
Koronavirusa yoluxma üzrə 198 rayon qırmızı və 157 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 74 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.