İranda ötən sutka beş minə yaxın şəxs koronavirusa yoluxub

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 4 850 nəfər yoluxub, 96 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 097 672 nəfərə, ölənlərin sayı isə 129 376 nəfərə çatıb. Virus daşıyıcılarından 3 368 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 5 830 653 nəfər koronavirusdan sağalıb, 38,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 104 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 902 min təşkil edir.