Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 512 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 367 nəfər koronavirisa yoluxub.
Beləliklə İranda bu virusa yoluxanların sayı 1 673 470 nəfərə çatıb. Virus daşıyıcılarından 3 767 nəfərin vəziyyəti ağırdır.
S.Sadat Lari qeyd edib ki, ölkədə indiyədək 1 428 008 nəfər koronavirusdan sağalıb, 11,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı, 154 rayon isə mavi zona hesab olunur.