Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 572 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 263 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 582 275 nəfərə çatıb. Virus daşıyıcılarından 3 685 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 351 390 nəfər koronavirusdan sağalıb.
Sadat Lari bildirib ki, İranın Xuzistan vilayətində koronavirusun “Britaniya” ştammına yoluxma halı olduqca çoxdur və İranın digər vilayətlərinə də yayılmaqdadır.
İranda indiyədək 10,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 11 rayon qırmızı, 52 rayon narıncı, 217 rayon sarı, 168 rayon isə mavi zona hesab olunur.