İranda ötən sutka 7,5 min nəfər koronavirusa yoluxub, 88 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 7 593 nəfər koronavirusa (COVID 19) yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 746 953 nəfərə çatıb. Virus daşıyıcılarından 3 831 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 88 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 61 230 nəfərə yüksəlib.


Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 492 488 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 11,7 milyondan çox diaqnoz testi həyata keçirilib.