İranda ötən sutka 7 min nəfər koronavirusa yoluxub, 173 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 173 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 79 741 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 7 107 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 893 218 nəfərə çatıb. Virus daşıyıcılarından 4 296 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 2 425 033 nəfər koronavirusdan sağalıb, 19,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 3,84 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3,33 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 508 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 8 şəhər qırmızı və 233 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 207 şəhər sarı zona hesab olunur.