Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 68 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 649 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 620 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə virusa yoluxanların sayı 1 786 265 nəfərə çatıb. Virus daşıyıcılarından 3 879 nəfərin vəziyyəti ağırdır.
S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 528 694 nəfər koronavirusdan sağalıb, 12 milyondan çox diaqnoz testi keçirilib.
İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.