Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 67 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 184 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində İranda 8 042 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 542 076 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 684 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 317 612 nəfər koronavirusdan sağalıb, 10,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.