İranda ötən sutka 39 min nəfər koronavirusa yoluxub, 378 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 378 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 91 785 nəfərə yüksəlib.

Ötən sutka ərzində 39 019 nəfər isə koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 979 727 nəfərə çatıb.


Koronavirusa yoluxma üzrə 285 rayon qırmızı və 110 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 53 rayon sarı zona hesab olunur.