İranda ötən sutka 380 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 380 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 68 746 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 22 904 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 358 809 nəfərə çatıb. Virus daşıyıcılarından 5 107 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 1 850 791 nəfər koronavirusdan sağalıb, 14,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 718 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 564 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 154 min təşkil edir.