Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 321 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 65 680 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 25 078 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 168 872 nəfərə çatıb. Virus daşıyıcılarından 4 601 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 749 041 nəfər koronavirusdan sağalıb, 14 milyondan çox diaqnoz testi həyata keçirilib.
S.Sadat Lari qeyd edib ki, ümumilikdə İranda 467 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 365 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 102 min təşkil edir.