Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 210 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 88 273 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 21 814 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 645 654 nəfərə çatıb. Virus daşıyıcılarından 4 696 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 220 445 nəfər koronavirusdan sağalıb, 25,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 9,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 7,45 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,35 milyon təşkil edir.