Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 201 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 86 592 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 23 655 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 464 055 nəfərə çatıb. Virus daşıyıcılarından 4 064 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 086 017 nəfər koronavirusdan sağalıb, 24,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 7,72 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,22 min təşkil edir.