Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 5 008 nəfər koronavirusa (COVID-19)
yoluxub, 173 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 138 433 nəfərə,
yoluxanların sayı isə 7 107 167 nəfərə çatıb. Virus
daşıyıcılarından 3 265 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 754 234 nəfər koronavirusdan sağalıb, 47,9
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 144 milyon vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,3 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 55,9 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 24,5 milyon təşkil
edir.