İranda ötən sutka 172 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 6 772 nəfər koronavirusa (COVID-19)
yoluxub, 172 nəfər ölüb.

AzerTimes-ın
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 137 439 nəfərə,
yoluxanların sayı isə 7 073 747 nəfərə çatıb. Virus
daşıyıcılarından 4 098 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Ölkədə indiyədək 6 696 494 nəfər koronavirusdan sağalıb, 47,4
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 142 milyon vaksin vurulub. Birinci mərhələ
üzrə vaksinasiya olunanların ümumi sayı 62,9 milyon, ikinci mərhələ
üzrə vaksinasiya olunanların sayı 54,5 milyon, üçüncü mərhələ üzrə
vaksinasiya olunanların sayı 23,4 milyon təşkil edir.