Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 157 nəfər koronavirusdan (COVID-19) ölüb, beləliklə ölkədə bu virusdan ölənlərin sayı 84 949 nəfərə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Ötən sutka ərzində 16 025 nəfər koronavirusa yoluxub. Yoluxanların sayı isə 3 270 843 nəfərə çatıb. Virus daşıyıcılarından 3 255 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ümumilikdə İranda 6,47 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,47 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 92 rayon qırmızı və 183 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 173 rayon sarı zona hesab olunur.