Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 18 598 nəfər koronavirusa (COVID-19)
yoluxub, 133 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İran bu viusa yoluxanların sayı 6 780 453 nəfərə,
ölənlərin sayı isə 133 570 nəfərə çatıb. Virus daşıyıcılarından 3
343 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 281 274 nəfər koronavirusdan sağalıb, 45,9
milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 137 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,4 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 54,7 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 21 milyon təşkil
edir.