İranda onlarla əfqan həbs edildi

İranda onlarla əfqan həbs edildi

İranın Sistan və Bəlucistan əyalətinin Minab bölgəsində onlarla Əfqanıstan vətəndaşı həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumatda həbs əməliyyatında İran polis qüvvələrinin bir generalının da iştirak etdiyi bildirilir.

Həbs edilən əfqanistanlılar adıçəkilən bölgədə ucuz işçi qüvvəsi kimi pərakəndə yanacaq satıcıları və fəhlələrdir.

Bəluc fəallar əfqanıstanlılara məxsus əşyaların müsadirə edildiyini, aparılması çətin olan əşyaların isə yerində yandırılaraq məhv edildiyini qeyd ediblər.

Teqlər: