İranda ölən şəxsin deputatlığa namizədliyi təsdiq edildi

İranda ölən şəxsin deputatlığa namizədliyi təsdiq edildi

İranın Xuzistan əyalətinin Əhvaz şəhərində 17 gün əvvəl dünyasını dəyişən Cabir Bəni-Təmimin adı parlament seçkilərinə namizədlər siyahısına salınıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Cabir Bəni-Təmim bundan əvvəl 12-ci dövr parlament seçkilərinə namizədliyini irəli sürsə də, Nəzarət Şurası bunu rədd edib.

“Ərəb namizəd həyatını itirdikdən sonra şura onun parlament seçkilərində iştirak etməsi üçün namizədliyini təsdiqləyib və əhvazlı seçicilərini təmsil etməyə layiq olduğu barədə qərar çıxarıb”, – məlumatda bildirilib.

Teqlər: