İranda davam edən etiraz aksiyalarında 68-i uşaq olmaqla 496 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir.
Məlumatda 649-u tələbə olmaqla, 18452 nəfərin saxlanıldığı deyilir.
Etirazçılar ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.