İranda davam edən etiraz nümayişlərində 65-ü uşaq olmaqla, 475 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının son bəyanatında bildirilir.
Məlumatda 595-i tələbə olmaqla, 18215 nəfərin saxlanıldığı, onlardan cəmi 3611 nəfərin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilir.