İranda növbəti silahlı hücum: ölənlər var

İranda növbəti silahlı hücum: ölənlər var

İranın Zahidan şəhərinin Sərcəngəl polis bölməsinə silahlı hücum olub.

AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslərin açdığı atəş nəticəsində təhlükəsizlik orqanının 3 əməkdaşı öldürülüb.

Qeyd edək ki, İranın rəsmi dövlət mediası silahlı hücumla bağlı məlumat yaymayıb.

Teqlər: