İran yaxın vaxtlarda nüvə silahının sınaqlarını keçirməli və bunu bütün dünyaya rəsmən elan etməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri İran parlamentinin üzvü Əhməd Nadiri deyib.
“Yaxın vaxtlarda etməli olduğumuz şey nüvə sınaqları və onların həyata keçirilməsinin rəsmi şəkildə elan edilməsidir. Bu, İranın maksimum çəkindirmə vasitəsinə sahib olması deməkdir”, – parlamentari X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, İranda son vaxtlar parlamentarilər vaxtaşırı olaraq nüvə silahı əldə edilməsi ilə bağlı açıqlamalar verirlər.