İranda neft hasilatının həcmi artıb və artıq sutkada 3 milyon barreli ötüb.
AzerTimes xəbər verir ki, bu barədə “Şhana” portalı İranın Neft Nazirliyinin rəhbəri Cavad Oudciyə istinadən məlumat yayıb.
“Ölkədə neft hasilatı sutkada 3 milyon barrelə, qaz hasilatı isə 1 milyard kubmetri keçib”, – C.Oudci vurğulayıb.
Qeyd edək ki, cari ilin fevral ayında İran mediası Tehranın 2031-ci ilə qədər qaz hasilatını 50% artıraraq sutkada 1 milyard kubmetrdən 1,5 milyarda çatdırmağı planlaşdırdığını bildirib.