İranda yeni büdcə ilində silahlı qüvvələrin maliyyələşdirilməsi üçün neft və qaz satışının bir hissəsi onların nəzarətinə veriləcək.
AzerTimes xəbər verir ki, bunu Neft və Qazçıxarma Şirkətləri Assosiasiyasının başçısı Hidayətullah Xadimi deyib.
O, bunun yanlış olduğunu və neft ixracatında problemlərin, gözlənilməz hadisələrin baş verməsinə səbəb olacağını əlavə edib.