İranın “Geçsaran” neft-qaz şirkətində atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə İranın Boyerəhməd əyalətinin qubernatoru Rəvanbəxş Deyhim məlumat verib.
Məlumata görə, hadisə zamanı bir nəfər ölüb, ikisi yaralanıb. Şirkət işçisinin atəş açmasına səbəb işdə həmkarları ilə fikir ayrılığı olduğu deyilib.