Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin 70 km-də yerləşən nəhəng neft platforması oğurlanıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumat sosial mediada yayıldıqdan sonra SEPAH-a bağlı “Fars” xəbər agentliyi də faktı təsdiqləyib.
Agentlik platformanın hazırda korrupsiyaya görə həbsxanada olan və barəsində edam hökmü çıxarılan Babək Zəncaninin şirkətlərindən birinə aid olduğunu iddia edib.
Oğurlanan neft platformasının dəyərinin on milyonlarla dollar olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl keçmiş prezident Mahmud Əhmədinejadın dövründə oğurlanan son neft platformasının dəyəri 87 milyon dollar olub.
Sosial media fəalları platformaların oğurlanmasının SEPAH nəzarətində olan qruplaşmaların işi olduğunu yazırlar.