Neft İşçilərinin Etiraz Aksiyalarının Kordinasiya Şurasının çağırışından sonra daha bir neçə neft emalı müəssisəsının işçiləri fəaliyyətlərini dayandırıb.
AzerTimes xəbər verir ki, Qeşm neft emalı şirkətinin əməkdaşları da dekabrın 19-dan tətilə başlayıblar.
Qeyd edək ki, bundan öncə Osələviyyə, Əhvaz, Mahşəhr və Gəçsaran şəhərlərində neft işçiləri tətil aksiyasına əl atıblar.