Tehranda keçirilən “İran Expo” sərgisində İranın sənaye nazirinin müavini Məhəmməd Mehdi Bəradəraninin qazanla çəkilən fotosu istehzaya səbəb olub.
AzerTimes xəbər verir ki, bu barədə İran mediasında, o cümlədən sosial şəbəkələrdə yazılar dərc edilib.
Media fəalları ölkənin qazan ixracatı ilə fəxr etməsini və nazir müavininin bunu uğur kimi qələmə verməsini “strateji məhsul: sirli qazan ixracı” başlığı ilə yayıblar.
Nazir müavini isə belə yanaşmanı “ixrac məhsuluna sarkazm” adlandıraraq, tənqidçiləri məntiqsizlikdə ittiham edib.