İranın sənaye, mədən və ticarət nazirinin müavini Məhəmməd Mehdi Bəradəran naməlum şəxslərin hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, dekabrın 1-i axşam saatlarında kimliyi bilinməyən şəxslər tərəfindən bərk cisimlə baş və üz nahiyəsindən ağır xəsarətlər alan Məhəmməd Mehdi Bəradəranın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirlir ki, Bəradəran əməliyyat olunduqdan sonra reanimasiya bölməsinə köçürülüb.