İranda nazir hökumət iclası zamanı infarkt keçirdi

İranda nazir hökumət iclası zamanı infarkt keçirdi

Ötən gün İranın neft naziri Cavad Ovcinin hökumətin iclası zamanı vəziyyəti pisləşib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirəndən sonra nazirin infakt keçirdiyi məlum olub. Hazırda onun vəziyyəti stabildir.

“Tejarat Nyus” saytının məlumatına görə, hökumət iclasında qış fəslində ölkədə yanacağın təmin edilməsi və 2023-cü il dövlət büdcəsində neftin satış qiyməti ilə bağlı yaranan gərginliyə görə nazirin vəziyyəti pisləşib.

Teqlər: