İranda müəllim hicaba görə işdən qovuldu

İranda müəllim hicaba görə işdən qovuldu

İranın Mərivan şəhərindən olan müəllim Şiva Amilirad beynəlxalq tədbirə hicabsız qatıldığı üçün işdən qovulub.

AzerTimes xəbər verir ki, bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Məlumata görə, Şiva Amilirad Müəllimlərin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının nümayəndəsi kimi Cənubi Koreyada beynəlxalq tədbirdə iştirak edib.

Tədbirdə Cənubi Koreyanın qeyri-hökumət fondunun Xüsusi Sülh mükafatı təqdim edilən zaman Şiva Amilirad səhnəyə hicabsız çıxıb.

O bu hərəkətinə görə, ölkəyə qayıtdıqdan sonra cəzalandırılıb.

Teqlər: