İranda təqaüdə çıxmış yaşlı müəllimlərin işə cəlb edilmələri ilə bağlı tədbirlər görülür.
AzerTimes xəbər verir ki, bu barədə iranlı jurnalist Əmir Qurbani məlumat yayıb.
Onun sözlərinə görə, buna səbəb ölkədə müəllim çatışmazlığıdır.
Qeyd edək ki, bundan əvvəl Təhsil Nazirliyi ölkədə müəllim çatışmazlığına toxunaraq 40 min təhsil işçisinə ehtiyac olduğunu bildirmişdi.