İranın Şəhid Səttari adına Aviasiya Universitetində keçirilən mərasimdə MiQ-29 döyüş təyyarələri üçün təlim sistemi istifadəyə verilib.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Mərasimdə İran Ordusunun baş komandanı, general-mayor Əbülrəhim Musəvi iştirak edib.
Musəvi MiQ-29 qırıcıları üçün bu təlim sisteminin yaradılmasına görə hava qüvvələri elitasına təşəkkür edib.
MİQ-29 elektron döyüş təlim simulyatorunun uğurla sınaqdan keçirildiyini bildirən Musəvi bunun şübhəsiz ki, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında effektiv olacağını əlavə edib.
Bu təlim kompleksləri yaxın günlərdə MiQ-29 qırıcıları ilə təchiz olunmuş bazalara çatdırılacaq.