İranda məşhur rejissor özünü asdı

İranda məşhur rejissor özünü asdı

İran kino, teatr və televiziyasının məşhur rejissoru Kəyumərs Purəhməd 74 yaşında Gilan əyalətinin Bəndər Ənzəli şəhərində intihar edib.

AzerTimes xəbər verir ki, bu barədə onun sənət yoldaşları məlumat yayıblar.

İran rəsmiləri rejissorun ürək çatışmazlığından öldüyünü iddia etsələr də, yaxınları Purəhmədin 8 səhifəlik intihar məktubu yazdıqdan sonra özünü öldürdüyünü bildiriblər.

Onların sözlərinə görə, rejissor ölkədə baş verən hadisələr və hakim durumdan sarsılmış və depressiya keçirirdi.

Qeyd edək ki, Kəyumərs Purəhməd həm də məşhur “Məcid hekayələri” serialının yaradıcısı idi.

Teqlər: