İranda məmur havaya atəş açdı, 3 nəfər yaralandı

İranda məmur havaya atəş açdı, 3 nəfər yaralandı

Ötən gecə Şiraz şəhərinin Şahçıraq ziyarətgahında atəş açılıb və bir neçə nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Babək Yektapərəst atəşin havaya açıldığını deyib.

“Ziyarətgahda məmurlardan biri səhvən havaya atəş açıb, təşvişə düşən əhalinin ayaqları altında qalan 3 nəfər yaralanıb”, – o bildirib.

İran Daxili İşlər Nazirliyinin Məcid Mirəhmədi məsələ ilə bağlı verdiyi açıqlamada Şahçıraq ziyarətgahında partlayış olmadığını deyib.

Qeyd edək ki, sosial media kanallarında yayılan məlumatlarda ziyarətgahda partlayış olduğu və bir neçə nəfərin yaralandığı bildirilib.

Teqlər: