Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 684 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 102 038 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 36 419 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 677 114 nəfərə çatıb. Virus daşıyıcılarından 7 662 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 3 932 472 nəfər koronavirusdan sağalıb, 27,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 22,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 16,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 5,83 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 30 rayon sarı zona hesab olunur.
Twitter:@BaghishovElnur