Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 146 nəfər koronavirusdan (COVID-19) ölüb. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 85 095 nəfərə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
İranda koronavirusa yoluxanların sayı isə 3 286 923 nəfərə çatıb.
Yoluxma üzrə 120 rayon qırmızı və 182 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 146 rayon sarı zona hesab olunur.