İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 335 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 74 241 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 17 076 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 617 094 nəfərə çatıb. Virus daşıyıcılarından 5 534 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 2 074 089 nəfər koronavirusdan sağalıb, 16,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 1,48 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,23 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 253 min təşkil edir.