Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 161 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 63 160 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 680 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 932 074 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 057 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 650 569 nəfər koronavirusdan sağalıb. 13,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Koronavirusa yoluxma üzrə 47 rayon qırmızı və 126 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır. Həmçinin 247 rayon sari, 28 rayon isə mavi zona hesab olunur.