İranda koronavirusdan ölənlərin sayı 62 mini keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 045 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 605 nəfər COVID-19-a yoluxub.


Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 823 317 nəfərə çatıb. Virus daşıyıcılarından 3 874 nəfərin vəziyyəti ağırdır.

S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 562 709 nəfər koronavirusdan sağalıb, 12,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 17 rayon qırmızı və 47 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır.