İranda koronavirusdan ölənlərin sayı 62 minə çatır

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 74 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu xəstəlikdən ölənlərin sayı 61 951 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 290 nəfər koronavirisa yoluxub. Beləliklə də ölkədə COVID-19-a yoluxanların sayı 1 815 712 nəfərə çatıb. Virus daşıyıcılarından 3 865 nəfərin vəziyyəti ağırdır.


S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 555 766 nəfər koronavirusdan sağalıb, 12,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 12 rayon qırmızı və 39 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır.