İranda koronavirusdan ölənlərin sayı 59 mini keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 83 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59 028 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 760 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 526 023 nəfərə çatıb. Virus daşıyıcılarından 3 704 nəfərin vəziyyəti ağırdır.


Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 304 330 nəfər koronavirusdan sağalıb, 10,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.