Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 1 307 nəfər koronavirusa (COVID-19)
yoluxub, 28 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 024 nəfərə,
yoluxanların sayı isə 7 228 424 nəfərə çatıb. Virus
daşıyıcılarından 997 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 972 286 nəfər koronavirusdan sağalıb, 50,9
milyondan çox diaqnoz testi həyata keçirilib.