İranda koronavirusdan ölənlərin sayı 139 min nəfəri keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 3 813 nəfər koronavirusa (COVID-19)
yoluxub, 114 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi
Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 139 063 nəfərə,
yoluxanların sayı isə 7 126 906 nəfərə çatıb. Virus
daşıyıcılarından 2 871 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 785 933 nəfər koronavirusdan sağalıb, 48,3
milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 145 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,6 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 56,2 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 25,2 milyon təşkil
edir.