Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 2 394 nəfər koronavirusa (COVID-19) yoluxub, 30 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 002 nəfərə, yoluxanların sayı isə 6 214 781 nəfərə çatıb. Virus daşıyıcılarından 1 462 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 058 586 nəfər koronavirusdan sağalıb, 43,1 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 125 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı təxminən 60,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 11,7 milyon təşkil edir.