Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 124 nəfər koronavirusdan (COVID-19) ölüb, 4 306 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 128 042 nəfərə,
yoluxanların sayı isə 6 031 575 nəfərə çatıb. Virus daşıyıcılarından 3 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 683 458 nəfər koronavirusdan sağalıb, 36,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 98,1 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 421 min təşkil edir.
Twitter:@BaghishovElnur