Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 213 nəfər ölüb, 13 391 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 123 081 nəfərə, yoluxanların sayı isə 5 729 785 nəfərə çatıb. Virus daşıyıcılarından 5 124 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 249 956 nəfər koronavirusdan sağalıb, 33,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 67 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 46,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 20,8 milyon təşkil edir.
Twitter:@BaghishovElnur